Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 12:31:00
Uşaqları idmana qoyaq, qoymayaq? - Məşhur idmançılardan REAKSİYA

İdman uşaqların sağlam inkişafına yönəlmiş fəaliyyət növü olmaqla yanaşı onların psixoloji və sosial həyat inkişafını sürətləndirir, uşaqların psixologiyasına müsbət təsir göstərir. Müxtəlif növ idmanların uşaq və yeniyetmələrə bir sıra faydaları vardır. Fərdi idman növləri uşaqların özgüvən hisslərini, şəxsi problemlərini həll edə bilmə qabiliyyətini artırır, kollektiv idman növləri isə sağlam rəqabət mühiti yaradır. Onlar zamanlarından doğru istifadə etməyi öyrənirlər. Bu, uşaq və yeniyetmələrdə əqli, fiziki, psixoloji cəhətdən inkişafa gətirib çıxarır. Eyni zamanda, müntəzəm olaraq idmanla məşğul olan şagirdlərin dərs göstəriciləri müsbət yöndə irəliləyir

AzEdu.az olaraq idmanın uşaqlara faydaları barəsində ölkəmizin məşhur idmançıları Hacı ƏliyevFərid Mansurovun fikirlərini öyrəndik.

 

Açıklama yok.

 

Abşeron Uşaq-Gənclər İdman məktəbinin yetirməsi, Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev qeyd edib ki, idmanla məşğul olan uşaqlar fiziki, əqli, psixoloji cəhətdən daha sağlam böyüyür. Hacı Əliyev hər bir valideynin övladının daha sağlam şəkildə böyüməsini və gələcəkdə peşəkar idmançı olmasını istədiyini, lakin hər idmana gedənin də mütləq şəkildə peşəkar olmasının şərt olmadığını bildirib:

“İdman uşaqlara, gənclərə lazım olan vacib fəaliyyətdir. Fiziki aktivlik sağlam ruh, sağlam orqanizm yaradır, zehni inkişafı artırır. İdman məktəbləri bizə çoxlu uğurlar qazandırıb. Ölkəmizdə idman məktəblərinin çoxalması bu sahəyə marağı daha da artırıb. Bu da vətəndə idman sahəsində daha böyük uğurlara imza atmağımızla nəticələnir. İdman komplekslərinin genişlənməsi gələcəkdə daha çox uşaqların idmana cəlb olunması, daha çox peşəkar idmançıların formalaşması deməkdir”. Məşqçi-müəllimlərin fəaliyyətinə də toxunan Hacı Əliyev qeyd edib ki, lisenziyanın olması yaxud da olmaması məşqçi-müəllimin insani keyfiyyətləri ilə əlaqəli deyil. İnsan olaraq davranmaq başqadır. Lisenziya var ya yoxdur, bununla məşqçi-müəllimin davranışı arasında bağlılıq vurğulanmamalıdır. 

 

Açıklama yok.

 

Neftçi İdman Cəmiyyətinin yetirməsi, güləşçi Fərid Mansurov idmanın ilk növbədə insan orqanizminə müsbət yöndə güclü təsir göstərdiyini, vücudu oksigenlə tam təmin etdiyini dilə gətirib. O vurğulayıb ki, idman edərkən bütün bədən üzvləri işləyir və bu da uşaqların inkişafına kömək edir:

“İdmanla məşğul olmaq nəinki əzələlərin möhkəmlənməsini, həmçinin uşaqların zehni inkişafını sürətləndirir. İdman uşaqlara özünəinam hissləri aşılayır, boş zamanlarını səmərəli istifadə etməsinə şərait yaradır. Bu da onları pis vərdişlərdən uzaqlaşdırır. Uşaq və yeniyetmələr hər bir vəziyyətdə qərar vermə potensialına sahib olurlar. Ümumiyyətlə idmanın faydalarının saymaqla bitməz. Ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar əldə edirik. Artıq vətənimizdə beynəlxalq səviyyədə idman tədbirləri keçirilir. İdman məkanlarının, məktəblərinin çoxalması idmanla məşğul olanların sayını da artırır”.