Azedu.az

Nazirlik bu şagirdlərə müraciət etdi

Maraqlı

26 Aprel 2023, 14:49
Nazirlik bu şagirdlərə müraciət etdi

Aprelin 26-dan Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılıb. 


AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Şagirdlər //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.


Qeyd edək ki, aprelin 30-da ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası və VI,VII sinif şagirdləri arasında məktəblilərarası fənn müsabiqələri keçiriləcək.

Paşinyandan Rusiyaya şok sözlər - Millətləri bir-birinə qırdırıb!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox