Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 13:42:48
Azərbaycanda “İmmunlaşdırma həftəsi” keçiriləcək

Aprelin 24-dən 29-dək Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.

 

Bildirilib ki, əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkədə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

 

Əmrə əsasən, respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin keçirilməsi, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

 

Bundan əlavə, immunlaşdırma həftəsi çərçivəsində ÜST-nin dəstəyi ilə bir sıra rayonlarda maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK