Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 13:41:00
Peşəkar mühasib sertifikatı imtahanına qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın I mərhələsini keçirəcək.

 

DİM-dən AzEdu.az-a bildiriliblər ki, namizədlər aprelin 26-sı saat 11:00-dək Mərkəzin rəsmi internet səhifəsində göstərilən linkə daxil olub qeydiyyatdan keçə bilərlər.

 

İmtahanın I mərhələsi - mühasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

 

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

 

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.

 

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş il iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.

 

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından imtahana buraxılış vərəqəsini və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

 

Namizədlər PMS imtahanları ilə bağlı suallarını [email protected] ünvanına göndərə bilərlər.