Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-13 13:04:57
Bütün bağça müəllimləri təlim keçməli olacaq - RƏSMİ

"Bütün bağça müəllimlərinin təlimdən keçməsi nəzərdə tutulur".

 

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib:

 

"Müəllimlər istəklidir, amma uşaqlara bu bacarığın necə verməli olduğumu bilmir və təlimə ehtiyacları var. Ötən ilin noyabr-dekabr aylarında 3000 tərbiyəçi təlimə cəlb olunub. 2023-cü ildə də yenə 3000 tərbiyəçinin təlimə cəlb olunması nəzərdə tutulur. Təlim çərçivəsində tədris proqramı, uşaqlarla bağlı sosial-psixoloji məsələlərin nəzərə alınması, valideynlə iş kimi mövzularda biliklər verilir.
Bu layihəni biz daim davam etdirməyi planlaşdırırıq. 2026-cı ildə 17 min tərbiyəçinin hamısının minimum bir dəfə təlimdən keçməsini nəzərdə tutmuşuq. Müəllimlərin tədris prosesindəki problemin digər bir səbəbi də resusrlarda qıtlıq olmasıdır. Bu məsələnin həlli yolu üçün 2022-ci ilin son rübündə 179 bağçada öyrənmə guşələri yaradılıb. Guşələr Bakı, Gəncə, Sumqayıt, Göygöl bölgələrini əhatə edib. Biz çalışmışıq o bağçaları seçək ki, onların resursa ehtiyacı olsun. Həmin bağçadakı müəllimlərə əlavə məlumatlar da verilib".