Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-01 09:11:00
DİM buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərə müraciət etdi

5 və 12 mart tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahanları keçirilib. İmtahanlarda iştirak etmiş şəxslər və onların yaxınları tez-tez DİM-in sosial şəbəkə hesabına cavabların açıqlanacağı tarixlə bağlı çoxsaylı suallar ünvanlayır.

 

AzEdu.az xəbər verir ki, DİM çoxsaylı suallar olduğunu nəzərə alaraq imtahan iştirakçılarına müraciət edib:

 

“Hazırda 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanı materiallarının yoxlanma prosesi davam edir.

 

Nəzərinizə çatdıraq ki, imtahan nəticələrinin bir ay ərzində (9 qeyri-iş günü nəzərə alınmadan) elan olunması öncədən qeyd olunub. Ona görə 5 mart tarixində keçirilmiş imtahanın nəticələrinin aprelin 12-dək elan olunması nəzərdə tutulur. Ondan təxminən bir həftə sonra isə 12 martda keçirilmiş imtahanın nəticələri elan olunacaq”.