Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-01 09:01:54
Zəlzələ qurbanı olan uşağın fəlakət barədə 2 il əvvəl yazdığı qeyd tapıldı

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələnin qurbanlarından olan uşağın qeydi tapılıb.

 

AzEdu.az bildirir ki, müxbir olmağı arzulayan 11 yaşlı Mevlüt Eymen Erevik iki il əvvəl “zəlzələ barədə xəbər” yazıbmış.

 

Onun zəlzələ barədə qeydi həyatını itirdiyi binanın dağıntıları altından çıxıb. Onun  hazırladığı xəbərdə Malatyada baş verən zəlzələdən xəbər verməsi və yazını jurnalist kimi yazması diqqət çəkib. 

 

Polis olan anası Zülfiyə ilə birlikdə binada ölən Eymenin ailəsindən 3 nəfər, binadan isə 6-7 nəfər sağ qalıb.