Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 15:32:50
Psixologiya Akademiyasında ödənişsiz konsultasiya - Bu tarixdə müraciət edin!

Azərbaycan Psixologiya Akademiyası uşaq və yeniyetmə pasiyentlər üçün ödənişsiz konsultasiya günləri təşkil edəcək. Konsultasiya akademiyanın uşaq və yeniyetmə psixoloqları tərəfindən aparılacaq.


AzEdu.az xəbər verir ki, konsultasiya prosesi 5, 6, 7 və 8 aprel tarixlərində baş tutacaq.

 

Pasiyentlər aşağıdakı problemlərlə bağlı Azərbaycan Psixologiya Akademiyasına müraciət edə bilərlər:


İlkin diaqnostika, autizm spektr pozuntusu, ilkin diaqnostika, autizm spektr pozuntusu, daun sindromu, əqli gerilik, USİ (uşaq serebral iflici), özgüvən əksikliyi, qorxu və fobiyalar, diqqət əksikliyi problemi və hiperaktivlik (DƏHP), aqressiya, bacı-qardaş qısqanclığı, enurezis, enkoprez, tik, trikotillamania (saç qopartma), uşaqlarda davranış problemi, uşaq və yeniyetmələrdə təşviş, həyəcan pozuntusu, uşaq və yeniyetmələrdə travma, boşanmış ailələrin uşaqlarında yaranan problemlər, yeniyetmələrdə cinsi problem, abituriyentlərdə psixoloji problemlər, yuxu problemi və s.


Ünvan: 108 b C.Məmmədquluzadə küçəsi, Baku 1078