Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-26 14:17:00
Zəlzələdən zərər çəkmiş tələbələr işlə təmin olunacaq 

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən zərər çəkən və turizm fakültələrində təhsil alan 300-ə yaxın tələbə ölkə daxilində otel və turizm obyektlərində işlə təmin olunacaq.

 

AzEdu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kahramanmaraş zəlzələlərdən zərər çəkən 11 regionda turizm tələbələrinə dəstək kampaniyası başladan Peşəkar Otel Müdirləri Dərnəyinin (POYD) üzvləri universitetlərlə əlaqə saxlayıb və zəlzələ qurbanlarını müəyyən ediblər.

 

POYD turizm fakültəsində təhsilini davam etdirən və ya məzun olan tələbələrin işlə təmin olunması üçün də işlərə başlayıb.

 

Şagirdlərin çox ciddi bir fəlakətlə üzləşdiyinə diqqət çəkən Atmaca, "Bu uşaqlar bizim gələcəyimizdir, onlar bu sektoru yaşadacaqlar. Onları artıq sektora daxil edirik",- deyib:

 

"Təbii fəlakətdən zərər çəkmiş 300-ə yaxın turizm, biznesin idarə edilməsi, qastronomiya, bələdçilik, səyahət agentliyi ixtisasları üzrə təhsil alan tələbələr var. Hazırda 180 tələbə ilə əlaqə saxlamışıq, onların sənədlərini, CV-lərini aldıq. Bu gün. sabah tamamlayacağıq.Hansı tələbənin harada olduğunu qiymətləndirəcəyik, hansı obyektin nəyə ehtiyacı olduğuna baxırıq.

 

Türkiyənin Aralıq dənizi və Egey hövzələrində ehtiyac olan hər yerdə iş və ya təcrübədə kömək edəcəyik. Ən geci aprelin əvvəlinə qədər prosesı başa çatdırmağı və işə götürməyi planlaşdırırıq”.