Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-20 13:02:16
Deputatdan valideynlərə 10 tövsiyə: Oğlanlarınızı qız kimi böyütməyin!

Həmişə gənclərə məsləhət verən millət vəkili Ceyhun Məmmədov budəfəki tövsiyələrini valideynlərlə bölüşüb.

AzEdu.az deputatın valideynlərə ünvanladığı tövsiyələri təqdim edir:

Müraciətləri nəzərə alaraq bu dəfə valideynlərlə tövsiyələrimi bölüşürəm. İnanıram ki, bu tövsiyələr də maraqlı və faydalı olacaq:

1. Oğlan övladlarınızı qız kimi böyütməyin. Onların həyatın çətinliklərini görmələrinə şərait yaradın.

2. Tərbiyələrinə önəm verin. Bilin ki, bir valideynin övladına verə biləcəyi ən dəyərli hədiyyə gözəl tərbiyədir.

3. İşlərinizin çoxluğundan və azlığından asılı olmayaraq onlara zaman ayırın, birgə vaxt keçirin.

4. Dövlət və Vətən sevgisini təbliğ edin. Onların vətən daşı olmasına kömək olun.

5. Əməl və davranışlarınızda onlara yaxşı nümunə olun. Bilin ki, onlar sonrakı həyatlarında sizi özlərinə nümunə götürəcəklər.

6. Milli-mənəvi dəyərlərimizi təbliğ edin. Bu dəyərlərin əhəmiyyətindən davamlı bəhs edin.

7. Onların maddi zənginliyinə verdiyiniz önəmi mənəvi zənginliyinə də verin. Həyatın yalnız maddiyyatdan və puldan ibarət olmadığını təlqin edin.

8. Kobud rəftar etməyin. Bu aranızdakı fikir ayrılığını və gərginliyi daha da artıracaq. Nəticədə onlar sizi dinləməyəcəklər.

9. Tarix və mədəniyyətimizi yaxşı öyrədin. Xalqımızın başına gələn müsibətlərin səbəblərini öyrənməkdə onlara dəstək olun.

10. İnsanları sevməyi, onlara hörmət etməyi, nifrət və kindən uzaq olmağı öyrədin”.