Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 16:48:12
Daha 2 şagird nüfuzlu universitetə qəbul olundu

Ölkəmizi beynəlxalq olimpiadalarda uğurla təmsil edən, yüksək nəticələr göstərən şagirdlərimizin dünya üzrə reytinqli universitetlərə bir-birinin ardınca qəbul olunması haqqında xəbərlər gəlməyə davam edir.

 

AzEdu.az xəbər verir ki, riyaziyyat fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiada qalibi, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11–ci sinif şagirdi Cəlil Hüseynov müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan NUS ( National University of Singapore ) Universitetinə, fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiada qalibi Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11–ci sinif şagirdi Sadiq Sadıxzadə isə müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan London İmperial Kollecinə (Imperial College London) qəbul olunub. 

Şagirdləri təbrik edir, daha böyük uğurlar arzulayırıq.