Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 12:16:00
Məleykə Abbaszadə testin ləğvini istəyənlərə CAVAB VERDİ

Təhsil ekspertləri arasında belə bir müzakirə var ki, imtahanların test üsulu ilə keçirilmə metodu artıq köhnəlib. Bəziləri testin təkmilləşdirilməsinin, digərləri isə onun ləğvi tərəfdarıdır.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sözügedən mövzu ilə bağlı AzEdu.az-ın əməkdaşı Firuzə Əliyevanın sualını cavablandırıb:

“Biz təkcə test üsülu ilə imtahan keçirmirik. Ekspertlər heç test üsulu terminini düzgün istifadə etmirlər. Biz mərkəzləşdirilmiş kütləvi imtahanlar keçiririk. İmtahan tapşırıqları arasında yazı işləri, esse yazmaq, danışıq və s. var. Bu təkcə test deyil. Məsələn, xarici dil imtahanının dörd kompanenti var. Biliyin qiymtləndirilməsini müxtəlif üsullarla yoxlayırıq. Test üsulu deyənlər bilmirəm nəyi nəzərdə tuturlar. İdarənimi ləğv etmək, kimisə öldürmək…”.


DİM sədri rəhbərlik etdiyi quruma qarşı bəzi qərəzli fikirlərin səsləndirildiyini də qeyd edib. O deyib ki, belə fikirlərin onun şəxsiyyəti ilə əlaqəsi yoxdur:

“Mənə qibtə edənlərə deyirəm ki, sağ əlim onların başına... Mənim kiminləsə şəxsi qərəzim yoxdur. Əgər kiminsə mənimlə şəxsi qərəzi varsa, açıq deyə bilər. Ancaq mənə qibtə edənlərə deyirəm ki, sağ əlim onların başına".