Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 12:22:00
İmtahanlarda zəif nəticə göstərənlər aşağı qiymətlərlə oxuyanlardır

"Buraxılış imtahanında aşağı nəticə göstərənlər, məktəbidə aşağı qiymətlərlə oxuyan şagirdlərdir".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib:

"Məktəbi yüksək qiymətlə bitirib, buraxılışda zəif nəticə göstərənlər də olur. Burada fərdi yanaşmalar ola bilər. Kimsə səhər, imtahan zamanı özünü pis hiss edib və özünü ifadə edə bilməyib, aşağı qiymət alır. Bununla bağlı biz məktəblərdə araşdırma aparırdıq ki, əlaçılar qəbulda hansı balı toplayır. Bu zaman biz məktəblərdə düzgün qiymətləndirmənin aparıldığının şahidi olduq. Məktəbdə aşağı qiymət alanlar, bizim imtahanlarda da zəif nəticə göstərir". 

Bununla yanaşı, M.Abbaszadə bildirib ki, bəzən DİM-in imtahanlarında aşağı nəticə göstərən abituriyent məktəbi əla qiymətlərlə bitirir.

O deyib ki, ölkə üzrə belə hallar çox deyil.