Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 12:19:24
AMEA: Gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var

AMEA-da magistratura ölkə başçısının Fərmanı ilə 2015-ci ildə yaradılıb və bu günədək ümumilikdə 749 plan yeri ayrılıb ki, bu plan yerlərinə qəbul 649 nəfər olub.

 

AzEdu.az xəbər verir ki, bunu Akademiyanın Ümumi yığıncağında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri dosent Hüseyn Hüseynov deyib. Onun sözlərinə görə, bu, təxminən 90% qəbul deməkdir:

 

"Akademiyada bu günədək magistratura pilləsi üzrə ümumi məzun sayı 377 nəfər olub. Həmin gənclərdən 179 nəfər Akademiyada qalaraq öz elmi fəaliyyətlərini davam etdiriblər. Bu göstərici məzunların təxminən 50%-i deməkdir. Buradan da göründüyü kimi, Akademiyada gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var".

O, eyni zamanda deyib ki, ötən il fəlsəfə doktoru hazırlığı üzrə Akademiya üçün 293 yer ayrılıb, burada qəbul sayı 160 nəfər olub və 143 nəfər müdafiə edib:

"Elmlər doktoru hazırlığı üzrə isə ayrılan plan yeri 123, qəbul sayı 81, müdafiə edənlərin sayı 45 nəfər olub. Hazırda Akademiyanın doktoranturasında elmlər doktoru hazırlığı üzrə 140, fəlsəfə doktoru hazırlığı üzrə 352 nəfər, dissertanturada isə elmlər doktoru hazırlığı üzrə 456, fəlsəfə doktoru hazırlığı üzrə 385 nəfər təhsil alır”.