Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 14:15:44
İbtidai sinif müəlliminin ölüm səbəbi AÇIQLANDI

Kliniki Tibbi Mərkəz əməliyyatdan sonra vəfat edən ibtidai sinif müəllimi ilə bağlı məsələyə aydınlıq gətirib.

AzEdu.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aqşin Ağayev ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyevanın Bakıda əməliyyatdan sonra dünyasını dəyişməsinin səbəbini açıqlayıb.

“1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva 11.03.2023-cü il tarixində bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Çox ağır vəziyyətdə olan xəstəyə lazimi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu (bağırsaq infarktı) - nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb. Arzu Əliyeva əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. Kliniki Tibbi Mərkəzə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və ona bağırsaq keçməzliyi diaqnozu qoyulub.  

Qeyd edək ki, nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansı sıfıra bərabərdir”, - Kliniki Tibbi Mərkəz rəsmisi bildirib.