Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 17:10:00
Dövlət qulluğu imtahanının modeli DƏYİŞƏCƏK

İndi dövlət qulluğu imtahanı verib sertifikatı alan adam, misal üçün, qanunvericiliyi bilir, İT sahəsində bilikləri var, məntiqi təfəkkürü inkişaf edib, amma bacarıqları yoxlanmır.

 

AzEdu.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

O qeyd edib ki, təşkilatlar konkret olaraq bacarıqlı insanları axtarır: "Ona görə də biz kompetensiya, bacarıq modelinə keçirik. İmtahan verib, sertifikat alıb, bu işə səthi yanaşanlar var, amma artıq imtahanı keçməkdə də çətinlik yaranacaq. Bu imtahanların nə vaxt olacağını hələ dəqiq deyə bilmərəm, indi bu, pilot layihədir, təxminən 2-3 ildən sonra reallaşa bilər. Nazirliklərlə, müxtəlif təşkilatlarla, ekspertlərlə birgə işləyirik. Ümumi konsensus əldə olunandan sonra bunu yuxarı orqanlara təqdim edəcəyik, orada müzakirə olunacaq. Sonra bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Qanun qəbul olunandan sonra, təbii ki, biz buna keçəcəyik. Bu istiqamətdə hazırlıqla bağlı Avropa İttifaqı da bizə texniki dəstək verir, işlərimizi aparırıq. Bunun məqsədi odur ki, dövlət qulluğunda daha professional kadrlar işləsin”.