Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 15:03:00
Urmiya Universiteti - Azərbaycan dilinin qadağan olunduğu elm ocağı  

Urmiya Universiteti İran İslam Respublikasının  ən nüfuzlu dövlət universitetlərindən biridir. O digər dövlət universitetləri kimi İranın Elm, Araşdırma və Texnologiya Nazirliyinin nəzdində yerləşir. Universitetdə 16370 tələbə və 780 professor-müəllim heyəti var. "Webometrics" sıralama sistemində son bir il ərzində aparılan sorğulara görə, 29 ölkə və qlobal miqyasda 1902 reytinqə malik Urmiya Universiteti ötən il yaxşı inkişaf edib.

Azedu.az saytı olaraq İranın azərbaycanlılar yaşayan bölgələrindəki universitetlər haqqında mütəmadi məlumat verməyi özümüzə borc bilirik. Çünki o universitetləri də öz universitetlərimiz sayırıq. Millətimizin savadlanması üçün fəaliyyət göstərən bütün elmi mərkəzlər bizim üçün də doğmadır.

Urmiya bizə əzizdir. Təbriz qədər, Ərdəbil qədər….

Urmiya gölünün o vəziyyətə düşməsi bizim də ürəyimizi göynədir. Bu gün Urmiya Universiteti barədə oxucularımıza məlumat vermək istədik. Baxmayaraq ki, orada Azərbaycan dilində dərs keçmək qadağandır. Baxmayaraq ki, molla rejimi Urmiya Universitetini Ermənistan universitetləri ilə əməkdaşlıq etməyə məcbur etməyə çalışdı, amma alınmadı... Alınmayacaq da!


Urmiya Universitetinin  fakültələri:

- Baytarlıq-Tibb

- Ədəbiyyat və humanitar elmlər 

- Humanitar elmlər

- Neft-kimya mühəndisliyi 

- Mühəndislik 

- Elektrik və kompüter mühəndisliyi

- Kənd Təsərrüfatı

- Bədən tərbiyəsi və idman elmləri 

- İncəsənət 

- Təbii sərvətlər 

- İqtisadiyyat və idarəetmə

- Kimya 

- Tədqiqat institutları və mərkəzləri

- Mikroelektronika Elmi-Tədqiqat İnstitutu

- Biotexnologiya Elmi-Tədqiqat İnstitutu

- Urmiya Gölü Araşdırma İnstitutu

- Mikromaşın Tədqiqat İnstitutu