Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 14:50:00
Sertifikasiyadan keçməyən müəllimləri nə gözləyir? - Nazirlik CAVAB VERDİ

Müəllimlərin sertifikasiyaya cəlb olunması təhsil sahəsində çalışanların müzakirə etdiyi əsas məslələrdən biridir.

Elm və Təhsil Nazirliyi bəyan edib ki, sertifikasiyada əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir

 

Bu il 35 min müəllimin sertifikasiyadan keçəcəyi gözlənilir. Bura ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı müəllimləri daxil olacaq.

 

Bəs sertifikasiyadan qeyri-məqbul bal toplayan, yaxud üzürlü səbəbdən iştirak edə bilməyən müəllimlərin aqibəti necə olacaq?

 

Elm və Təhsil Nazirliyi AzEdu.az-ın bununla bağlı sorğusuna cavab verib.

Nazirlikdən bildirilib ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.

 

"Yenidən sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

 

Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir", - deyə Nazirlik sorğumuza cavabında qeyd edib.