Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 10:51:00
Məktəblərdə tətbiq edilən yeni davranış QAYDALARI

"Məktəblilərin yeni davranış qaydaları özünü doğruldarsa, 2023-24-cü ildə tətbiq olunması planlaşdırılır".

 

Bunu Elm və Təhsil Naziri Emin Əmrullayev bildirib.

 

“Qayda 300-dən artıq məktəbdə tətbiq olunmağa başlayıb, Təhsil İnstitutuna tapşırılıb ki, müşahidə aparılsın. İlin sonu topanılmış məlumatlar əsasında özünü doğruldarsa, son düzəlişlər edilərək 2023-24-cü ildə tətbiq ediləcək".

 

Bəs həmin davranış qaydaları hansılardır?

 

AzEdu.az hazırda 300-dən artıq məktəbdə tətbiq olunan həmin davranış qaydalarını təqdim edir:

 

- Şagirdlər ümumi təhsil müəssisəsinə vaxtında gəlməlidir. Əgər şagird dərs zəngindən sonra sinif otağına daxil olursa, ümumi təhsil müəssisəsinin gecikmə ilə bağlı prosedurlarına əməl etməli, sakit şəkildə sinfə daxil olmalı və digər şagirdlərin öyrənmə hüququna hörmət edərək təlim prosesinə mane olmamalıdır.

 

- Çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.

 

- Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər. Şagirdlər yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna baxmayaraq, dərs müddətində su içə bilərlər.

 

- Aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır:
kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr. Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.