Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 11:52:00
Müəllimlərin maaşı artacaq? - Deputatdan AÇIQLAMA

Bu ilin əvvəlində Azərbaycanda minimum aylıq əmək haqqı artdı, bir sıra sahələrdə çalışanların maaşı qaldırıldı. Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra müəllimlərin maaşında dəyişiklik olmaması təhsil işçilərində narazılıq yaradıb. Gözlənilirdi ki, diaqnostik qiymətləndirmədən və sertifikasiya imtahanından müvəffəqiyyətlə keçmiş müəllimlərin də əməkhaqqı artacaq. Amma hələ ki bu, baş verməyib.


Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü  Etibar Əliyev tezliklə müəllimlərin də maaşında artımların olacağını vurğulayıb.

Deputat, yaxın gələcəkdə sertifikasiyanın orta təhsil pilləsində də keçiriləcəyindən söz açıb:
 


“Orta təhsil pilləsində də sertifikasiya nəzərdə tutulur və ilk növbədə maliyyə vəsaiti barədə nazirliyin aidiyyatlı olan şəxsləri düşünməlidir ki, qarşıdan təhsilin iki böyük, orta və tam orta təhsil pilləsində müəllimlərin sertifikatlaşdırılması məsələsi dayanır. Ona görə də, bu məsələyə çox ciddi yanaşılmalıdır ki, müəllimlərdə pessimist ovqat yaranmasın”.