Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 09:13:00
Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin nümayəndələri ilə görüş-DİM

25 yanvar 2023-ci il tarixində DİM-in və Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin nümayəndələri arasında onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin İnsan resurları təlim və inkişaf departamentinin rəhbəri Savaş Ceylan, işçi qruplarına cəlb olunmuş DİM əməkdaşları və Ofisin işçi qrupları üzrə koordinatorları iştirak ediblər.

 

Görüşdə B.Xəlilov insan resursları ilə bağlı təcrübələrin paylaşılmasının əməkdaşlıq üçün mühüm rola malik olduğunu vurğulayıb və işçi qrupları ilə baş tutacaq iclasların hər iki tərəfə töhfə verəcəyinə əmin olduğunu bildirib.

 

Görüşdə istedadın idarə olunması, dövlət qulluqçularının təlimi və inkişafı üzrə fəaliyyət, insan analitikası, rəqəmsal insan resursları platformaları istiqamətlərində müzakirələr aparılıb.

 

Həmçinin hər iki tərəfin həyata keçirdiyi mövcud layihələrlə bağlı məsələlərə toxunularaq gələcək əməkdaşlıq perspektivləri araşdırılıb.