Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-25 13:39:00
Yerdəyişmə edəcək müəllimlər üçün vacib xəbər – Sayt aktiv ediləcək  

 

 

“Müəllimlərin qarşılıqlı yerdəyişməsi üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq”.

 

 

 

AzEdu.az xəbər veririr ki, İnsan Resursları Mərkəzi müəllimlərin yerdəyişmə zamanı qeydiyyat prosesinə və digər məsələlərə aydınlıq gətirib

 

 

 

Mərkəz müsabiqədə kimlərin iştirak edə biləcəyi ilə bağlı məlumatı da qeyd edib.

 

 

“Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər”.

 

“Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında ən az 1 tədris ili müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər”.

 

Qeyd edək ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.