Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 14:12:00
"Hazırda ölkədə 900-ə yaxın qəzalı məktəb var"-Nazirlik rəsmisi

 

"Hazırda ölkəmizdə 900-ə yaxın qəzalı və yararsız vəziyyətdə olan məktəb var".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini  Fərhan Əliyev "Təhsil masası"nda deyib:

 

 

 

O, bağçaların hazırda tikinti əmri verilən təhsil müəssisələrinə daxil olmadığını qeyd edib:

 

"Bağçalar üçün ayrıca monitorinq təşkil olunub və bunun da nəticələri yaxın zamanda məlum olacaq. Tikintiyə başlamaq üçün bir sıra meyarlar nəzərə alınır. Məktəbin qəzalı olması ilə bağlı kütləvi şikayətlər, keçirilən monitoriqlər əsasında məktəbin təmirə ehtiyacı olduğuna qərar verilir. Təmirə və ya tikintiyə ayrılan vaxt məktəbin ölçüsündən asılıdır. Tikinti başlamazdan öncə layihə hazırlanır. Lazımi qurumların ekspertizası təşkil olunur. Hamısı bütövlükdə təxmini 6 ay qədər bir müddəti əhatə edir".

 

Aysun Əsgərova