Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-20 16:59:00
XII  “Fənlərin Dostluğu Olimpiadası”nın qalibləri mükafatlandırıldı - FOTOLAR

 

Dekabrın 19-da Hədəf Şirkətlər Qrupunun və UNECin birgə təşkilatçılığı ilə keçirilən XII “Fənlərin Dostluğu Olimpiadası”nın (FDO-12) bağlanış və mükafatlandırılma mərasimi Azərbaycan Dövlət İqtisad Universitetinin III tədris binasının akt zalında baş tutub.  

 

AzEdu.az  xəbər verir ki, bağlanış mərasimində Milli Məclisin deputatları Musa Qasımlı, Ceyhun Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Raqif Qasımov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Nizami rayon Bələdiyyəsinin müdir müavini Vüqar Tarquliyev, Hacı Nuran, Azərbaycan Özəl Təhsil Müəssisələri İctmai Birliyinin sədri Heydər Eminli və başqaları iştirak ediblər.   

 

Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir

 Tədbiri giriş nitqi ilə açan layihənin ideya müəllifi “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq diqqətə çatdırıb ki, FDO-nun on iki ildir, təşkil olunması layihənin artıq ənənəyə çevrilməsinin göstəricisidir: “2023-cü ildən etibarən Türk İnteqrasiya Olimpiadası – dünya üzrə türk dövlətləri və milli qurumları arasında keçirilən məktəb fənlərinin inteqrasiyası olimpiadasını keçirməyi planlaşdırırıq. Bu da artıq olimpiadanın beynəlxalq miqyas alması deməkdir”. 

 

 

Ş.Sadiq qalibləri təbrik edib, iştirakçılara növbəti illər üçün uğur arzulayıb, bütün şagirdləri əzmlə çalışmağa, şəxsiyyət kimi yetişmələri üçün təhsil və mütaliəyə səsləyib.  

 

Musa Qasımlı çıxışında belə maraqlı bir layihəyə görə Ş.Sadiqə təşəkkürünü bildirib, qalibləri təbrik edərək onlara gələcəkdə də uğurlar arzulayıb. 

Ceyhun Məmmədov da olimpiadanın fənlərin inteqrasiyasındakı əhəmiyyətini vurğulayaraq qalibləri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. 

Raqif Qasımov belə maraqlı tədbirə evsahibliyi etdiklərindən məmnunluğunu, gələcəkdə də belə tədbirlərə dəstək olacaqlarını ifadə edib.  

 

“Hədəf” Şirkətlər Qrupunun baş direktor müavini Elvin Əliyev “Fənlərin Dostluğu Olimpiadası”nın keçdiyi yoldan danışıb. Olimpiadanın, fənlərin inteqrasiyasının əhəmiyyətini xüsusi vurğulayıb.  

 

 

“Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov olimpiadanın sualları, onları cavablandırmaq yolları, suallara görə verilən ballar barədə məlumat verib, sualların çətinlik dərəcəsinə görə 1 baldan 3 baladək qiymətləndirildiyini bildirib.   

 

 

Tədbir çıxışlar və qaliblərin mükafatlandırılma mərasimi ilə davam edib.  

 

Onu da nəzərə çatdıraq ki, Hədəf Liseyinin Abşeron filialının balabilgələri bədii proqramlarla tədbirə rəng qatıblar. 

 

Bir 1 kişi, oturuyor ve ayakta görseli olabilir

 

Olimpiadanın qalibləri də öz təəssüratlarını bizimlə bölüşüblər.

 

Birinci yerin sahibi Xocavənd rayonu, 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Məhəmməd Cavadzadə olimpiadanın çox yaxşı keçdiyini diqqətə çatdırıb: “Mənimçün maraqlı idi. Qeyd etməliyəm ki, hətta bir ballıq suallarda belə çətinlik çəkdiyim oldu. Ümumilikdə isə çətin olmadı. Təxminən imtahanın bitməsinə bir saat qalmış cavab vərəqini təhvil verdim”.  

 

İkinci yerin sahibi, Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyinin 9-cu sinif şagirdi İsmayıl Mustafayev sualları çox bəyəndiyini deyib: “Müəyyən qədər çətin, bir az gözlənilməz və düşündürücü idi. Üçüncü ixtisas qrupuna hazırlaşdığım üçün kimya, fizika kimi fənlərlə inteqrasiya olunmuş suallarda daha çox düşünməli oldum. Bu olimpiada öz adını artıqlaması ilə doğruldur!” 

 

Üçüncü yerin sahibi, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 10-cu sinif şagirdi Lalə Tahirli olimpiadanın, sualların tərtibinin çox maraqlı olduğunu bildirib: “İlk dəfə idi ki, belə bir olimpiadaya qatılırdım. Fənlərin inteqrasiyası, bir sualda bir neçə fənnin əks olunması çox maraqlı idi. Həqiqətən, fənlərin dostluğu olimpiadası idi. Sualların tərtib edən müəllimlərin əziyyətini, xüsusilə, qeyd etmək istərdim. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Üçüncü yeri tutduğuma hələ də inanmağım gəlmir. Üzərimdə əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm”.   

 

Qeyd edək ki, olimpiadanın bütün iştirakçıları “Hədəf” kurslarından 10, ilk 100 yerin sahibləri 20, 10-4-cü yerlərin sahibləri 25, 3-cü yerin sahibi 50, 2-ci yerin sahibi 70, birinci yerin sahibi isə 100 % endirim qazanıblar.  

 

Bir 21 kişi ve ayakta duran insanlar görseli olabilir

 

Xatırladaq ki, XII Fənlərin Dostluğu Olimpiadasının dəstəkçiləri “Azərbaycan Naşirləri Assosiasiyası” İctimai Birliyi (ANAİB), HT Clinic, SİNKOD yayın və dağıtım şirkəti, “Eduhek”, “Sınaq” İmtahan Mərkəzi, “Kitabevim.az” kitab mağazası və “Hedef Global”, informasiya tərəfdaşları isə “Ustad” dərgisi, “Senet.az”, “Azedu.az” portallarıdır.