Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-16 10:17:00
IX sinif buraxılış imtahanları qəbul nəticələrinə necə təsir edəcək?-İZAH+VİDEO

 

 Bildiyiniz kimi, lX və Xl siniflər üçün hər il buraxılış imtahanları təşkil edilir. Bəzi təhsil işçiləri lX sinif şagirdlərinin buraxılış imtahanına daha məsulliyyətli yanaşması üçün imtahan nəticələrinin qəbula təsir etməsi fikrini irəli sürür.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Səbuhi Abdullayev lX sinif buraxılış imtahanının qəbul imtahanına təsir etməsinin düzgün olmadığını qey edib:

 

“lX sinif buraxılış imtahanının nəticələri şagirdlərin kolleclərə qəbul olmasına təsir göstərir. lX sinif buraxılış nəticələrinin Xl sinif qəbul imtahanına təsir göstərməsi düzgün istiqamət deyil. Çünki, bu nəticələr sadəcə şagirdlərin orta məktəbi bitirib, subbakalavr səviyyəsinə yüksəlməsini təmin edir. Eyni zamanda,  IX sinif buraxılış imtahanı yalnız doqquz illik proqramı əhətə edib, daha sadə suallarla təşkil olunduğu üçün bu nəticələrin qəbul zamanı nəzərə alınması düzgün deyil”.

 VİDEO:

https://www.youtube.com/watch?v=yYzRo62qwB8