Azedu.az

Azərbaycan alimi beynəlxalq sertifikata layiq görüldü

Elmi institut və təşkilatlar

11 Sentyabr 2018, 17:30
Azərbaycan alimi beynəlxalq sertifikata layiq görüldü

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə ABŞ-ın “Journal of Petroleum Science and Engineering” (JPSE) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

İnstitutdan AzEdu.az-a bildirilib ki, “Thomson Reuters” siyahısına daxil olan bu jurnalda neft və qaz hasilatı, geoloji kəşfiyyat və neft geologiyası elmlərinin bütün sahələrinə dair tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur.

JPSE jurnalının əsas elmi istiqamətlərinə neftin (təbii qazın) mənşəyi və yığılması, neft (təbii qaz) geokimyası, yataq mühəndisliyi, petrofizika, neft quyusunun karotaj testi və qiymətləndirilməsi, neft-qaz geologiyası, neft-qaz iqtisadiyyatı, qazma və qazma mayeləri, termodinamik və faza davranışı, məsaməli mühitdə maye mexanikası və çoxfazalı axın, yataqların modelləşdirilməsi, istehsal mühəndisliyi, riyazi modelləşdirmə və kəşfiyyat metodları daxildir.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox