
4 dekabr 2022-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş XII “Fənlərin Dostluğu Olimpiadası” keçirilib.
AzEdu.az xəbər verir ki, builki olimpiadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, respublikamızın 10-dan çox şəhər və rayonlarını təmsil edən 1678 nəfər şagird öz biliyini sınayıb. Karantin qaydalarına uyğun təşkil olunan olimpiada Bakı, Sumqayıt, Xırdalan şəhərlərində 9 imtahan mərkəzində keçirilib.
Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında təşkil olunan olimpiadada iştirakçılar 2 saat müddətində 50 sualı cavablandırıblar. Suallar 2-6 fənli olmaqla inteqrasiya əsasında tərtib olunmuşdu.
Bir həftə sonra olimpiadanın nəticələri layihənin rəsmi elektron ünvanı olan www.inteqrasiya.az saytında elan olunacaq. Dekabr ayının sonuncu ongünlüyündə FDO-12 qaliblərinin mükafatlandırılma mərasimi baş tutacaq.
Xatırladaq ki, XII “Fənlərin Dostluğu Olimpiadası” Azərbaycan Dövlət İqtisad Universiteti və “Hədəf Qrup”un birgə təşkilatçılığı ilə keçirildi.
kitabı







