Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-01 15:20:00
Şagirdlərin etiraz etdiyi məktəbdə istilik bərpa olundu-YENİLƏNİB

Elm və Təhsil Nazirliyi Sabirabadda kənd məktəbində şagirdlərin istilik problemilə bağlı məsələyə aydınlıq gətirib. 

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata əsasən sözügedən məktəbdə istiliyin verilməsi bərpa olunub. 

 

***

 

Sosial şəbəkələrdə Sabirabad rayon Kovlar kənd tam orta məktəbi ilə bağlı foto yayılıb.

 

Məktəbdə istilik sisteminin olmaması ilə bağlı şagirdlər “Soyuqdan donuruq” yazılan kağızları əllərində tutaraq foto çəkdirib, narazılıqlarını bu formada bildiriblər.

 

Məsələ ilə bağlı Mil-Muğan Təhsil İdarəsindən AzEdu.a-a hazırda problemin aradan qaldırılması üçün işlərin görüldüyü, məktəbdə təmir-bərpa işlərinin aparılıdığını bildirib:

 

“Həmin məktəb dizel yanacaqlı qazanaxana sistemi ilə qızdırılır. Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınan zaman bir neçə problem ortaya çıxıb. Hazırda ustalar məktəbdə işləyir, təmir-bərpa işləri aparılır. Gün sonunadək problem aradan qaldırılacaq”.

 

VİDEO

https://www.youtube.com/watch?v=4Xzif3N-Rig

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları