https://modern.az/ #
2022-11-30 10:19:00
UNEC-də “Dolu” filmi nümayiş olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin (İTD) təşkilatçılığı ilə tanınmış yazıçı, millət vəkili Aqil Abbasın Dağlıq Qarabağda erməni işğalçılarına qarşı mübarizədən bəhs edən “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı film tələbələr üçün nümayiş olunub.

 

AzEdu.az xəbər verir ki, 2012-ci ildə çəkilən filmdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, Birinci Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən bəhs edilir.

 

“Azərbaycanfilm” Kinostudiyasında istehsal edilən ekran əsərində rolları aktyorlardan Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev və başqaları ifa edirlər.

 

 

 

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İLİN GƏNC MÜƏLLİMİ" nominasiyasında 2022-ci il üçün qalib kimi görürsünüz?
Səs ver
FACEBOOK