Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-28 11:11:00
Regional təhsil idarələrinin çağrı mərkəzləri fəaliyyət göstərəcək

Elm və Təhsil Nazirliyi "146" Çağrı Mərkəzinin yeni fəaliyyət istiqamətlərini vətəndaşların istifadəsinə təqdim edir.

 

AzEdu.az xəbər verir  ki, mövcud istiqamətlərə Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı, Gəncə-Daşkəsən və Mərkəzi Aran regional təhsil idarələrinin çağrı mərkəzləri əlavə olunub. 

 

Qeyd olunan regional təhsil idarələri ilə əlaqə yaratmaq istəyən vətəndaşlar Abşeron-Xızı üçün 146-0-1, Gəncə-Daşkəsən üçün 146-0-2, Mərkəzi Aran üçün isə 146-0-3 nömrələrinə zəng edə bilərlər. 

 

Sözügedən regional təhsil idarələrinin fəaliyyətə başlayan çağrı mərkəzləri yalnız həmin regiona daxil olan təhsil müəssisələri ilə bağlı vətəndaş müraciətlərini cavablandırmaq üçün nəzərdə tutulub.