Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-24 11:31:00
Müəllimlərin yerdəyişməsi ilə bağlı əsas məhdudiyyət – Kimlər müraciət edə bilməyəcəklər?

 

“Proseslə bağlı yeganə məhdudiyyət ötən tədris ilində MİQ müsabiqəsində, həmçinin, yerdəyişmə prosesində iştirak edən müəllimlərlə bağlıdır ki, onlar bu il müraciət edə bilməyəcəklər”.

 

 

AzEdu.az  xəbər verir ki, bunu  İnsan Resurları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsil TV-də yayımlanan “Təhsil Masası”  verilişində deyib.

 

 

“Bunun da səbəbi  başadüşüləndir. Çünki yeni işə qəbul olan, yaxud yerdəyişmə edən müəllimlər hazırda çalışdıqları tədris müəssisəsində hələ bu ildən fəaliyyət başlayıblar.Onlar öz istəklərilə bu müəssisələrə işə qəbul olublar və müəyyən müddəti tamamladıqdan sonra platformaya müraciət edə bilərlər. Yerdəyişmədə 3 illik bir məhdudiyyət mövcuddur. Müəllim müddətsiz müqavilə ilə çalışdığı müəssisədə 3 illik müddəti tamamlamalıdır”-deyə, o bildirib.