Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 17:56:00
Baş nazirdən məktəblərlə bağlı vacib qərar- Meyarlar dəyişildi   

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarına dəyişiklik edilib.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

 

Dəyişikliklə sənədin 1.3.6-1.3.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilib:

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

- İnternat tipli lisey;

- İnternat tipli gimnaziya;

- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

- İnteqrasiya təlimli ümumtəhsil məktəbi;

- Xüsusi ümumtəhsil məktəbi;

- İnternat tipli xüsusi ümumtəhsil məktəbi.

Sənədin əvvəlki variantı isə aşağıdakı kimi olub:

- Ümumtəhsil internat məktəbi;

- İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;

- İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi;

- Xüsusi məktəb;

- Xüsusi internat məktəbi;

- İnteqrasiya təlimli internat tipli gimnaziya;

- Valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.