Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 15:05:00
“AMEA hazırda elmi yox, müavinət verən qurumdur” – Vəziyyət daha da pisləşir-SƏRT İRADLAR  

 

"AMEA Azərbaycan elminə heç bir fayda verə bilmir"

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov AzEdu.az-a açıqlamasında AMEA-dakı vəziyyətin daha da pisləşməyə doğru getdiyini söyləyib:

 

"AMEA heç bir dəyişiklik yoxdur. Əvvəlkindən də daha sönük vəziyyətdədir. Orada prinsipial  iş yoxdur. Məncə, AMEA-nın fəaliyyəti daha da pisləşməyə doğru gedir.

 

Çünki, akademiya deyəndə elmi qurum nəzərdə tutulur. Elmlər Akademiyasını, universitetlərin tərkibində olan dissertasiya müdafiəsi şuralarını ümumilikdə nəzərdən keçirsək, görərik ki, qətiyyən irəliyə doğru addım yoxdur".

 

İ.Abbasov akademiyadakı problemlərdən söz açaraq, orada elmsizliyin  norma halına çevrildiyini qeyd edir:

 

"AMEA-da nöqsanlar deyilir, amma, hər kəs öz işindədir. Bu hal isə artıq normaya çevrilib. Ümumilikdə AMEA-da elmsizlik norma halına çevrilib.

 

Heç bir təşəbbüs yoxdur. Necə təsəbbüs ola bilər ki, akademiyada  hazırda köhnə kadrlar fəaliyyət göstərir. Dövlət əmlakını mənimsəməyə göz yumanlar, bu gün də həmin postlarda oturublar. Belə olduğu halda nə gözləmək olar ki?

 

Kiçik otaqda 18 nəfər işləyirsə, orada nə iş görmək olar?

 

“Akademik orada nə yaza bilər, nə oxuya bilər, nə də tətqiqat apara bilər.  Mən dəyərdim ki, AMEA hazırda müavinət qurumu kimi  fəaliyyət göstərir.  Başqa heç bir şey...  Ümumi götürsək isə, AMEA Azərbaycan elminə heç bir fayda verə bilmir".

 

Bakupost.az - Ana dilinin qətli və akademikin 2 milyonluq yeyintisi

 

Professorun fikrincə, bəzi akademiklər ümumi inkişafı öz fərdi gəlirləri ilə ölçürlər:

 

"AMEA-da biganəlik laqeydlik, ümidsizlik eyni qaydada qalmaqda davam edir. Mən belə deyərdim ki, hətta biraz daha sürətlənir. Amma "cibini dolduran" akademikdən soruşsaz,  deyəcək ki,  AMEA  inkişaf gedir. Çünki, onlar inkişafı öz gəlirləri ilə ölçür. Öz biznesini genişləndirən  akademikə görə, hər şey inkişaf edir, amma reallıqda bu belə deyil" - deyə İdris Abbasov  bildirib.

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları