
2022-11-20 12:25:00
"Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsin"nin açılış mərasimi keçirilib
18 noyabr 2022-ci il tarixində Y.Nəsirov adına Sərək kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsin"nin fərdi kateqoriyası üzrə qalib olan layihənin açılış mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zamiq Mirzəyevin rəhbəri olduğu "Psixoloji dəstəklə təhsilə şagird qazan" adlı qrant layihəsinin açılış tədbirində Astara rayon təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, təhsil sektorunun əməkdaşları, Sərək kənd tam orta məktəbin direktoru Nuranə Həmidova, məktəbin müəllim və şagird kollektivi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Astara üzrə koordinatoru Firuzə Mirzəyeva, AGMA-nın Astara üzrə müəllim kollektivi, Astara Şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, ötən illərdə Qrant Müsabiqə qalibləri olmuş Artupa kənd tam orta məktəbin direktoru Aynur Muradova və Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbin direktoru Elnur Quliyev, Loqos Nitq mərkəzinin psixoloqu Fərrux Əliyev iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Layihə rəhbəri Zamiq Mirzəyev çıxış edərək layihə haqqında qonaqlara ətraflı məlumat verdi. Layihənin eksperti Firuzə Mirzəyeva layihənin gedişini özündə əks etdirən videoçarxı qonaqlara təqdim etdi. Psixoloq Fərrux Əliyev çıxışında layihənin şagirdlərin inkişafında, risk qrupuna daxil olanların motivasiya edilməsində xüsusi rolunu qeyd etdi. Sonda tədbir çay süfrəsi arxasında davam etdi.
Bu bölməyə aid digər xəbərlər
Şəxsi kabinetin parolunu unutmuş şəxslər nə etməlidir?-DİM
2023-01-27 14:27:00
Kulturoloq məktəblilərlə görüşüb
2023-01-26 17:00:00
“Humanitar elmlər üzrə problem şurası üçün sənədlərin hazırlanması və illik fərdi iş planının tərtibi” adlı seminar
2023-01-26 16:46:00
ARTİ-nin təşkilatçılığı ilə vebinar keçirilib
2023-01-26 16:06:00
BP-dən möhtəşəm layihə - 4 nəfis dərslik təqdim edildi
2023-01-26 15:52:00
Müəllim dövlət qulluqçusu olarsa, hansı üstünlük və təminat əldə edəcək? – Qanundan sitat
2023-01-26 15:39:00
Məktəb vasitələri gömrük rüsumundan azad ediləcək - Siyahı hazırlanır
2023-01-26 15:13:00
Paytaxt məktəblərində “Heydər Əliyev İli” ilə bağlı tədbirlərə start verilib
2023-01-26 10:31:00
Məktəblərdə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirildi
2023-01-26 10:18:00
“Xalq bayramları və inancların milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” monoqrafiya-ARTİ
2023-01-26 09:00:00
kitabı
ÇOX OXUNANLAR
25 Yanvar 2023, 11:54
Bu il 30 min müəllim sertifikatlaşdırılmaya cəlb ediləcək

18 Yanvar 2023, 13:04
Müəllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

22 Yanvar 2023, 12:52
Dərs oxuyarkən dinləyə biləcəyiniz MUSİQİLƏR-Effektiv təsir göstərir

20 Yanvar 2023, 16:12
Müəllimlərin maaşı artırılmayıb – Qərarın qısa izahı

25 Yanvar 2023, 13:39
Yerdəyişmə edəcək müəllimlər üçün vacib xəbər – Sayt aktiv ediləcək

22 Yanvar 2023, 15:46
Kollec bitirən şəxslər dövlət qulluğu imtahanında iştirak edə bilər?-DƏQİQ CAVAB

27 Yanvar 2023, 11:49
Yalnız bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək- Vacib sertifikasiya bilgisi

22 Yanvar 2023, 13:49
Elmlər akademiyaları və onların analoqları-Dünya təcrübəsi

FACEBOOK