Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 15:32:00
İsa Həbibbəyli AMEA-dakı problemlərindən öhdəsindən necə gələcək?-Vitse-prezidentdən cavab

 

 

"Problemin özünü dərk etmədən, onun həlli barəsində fikir irəli sürmək çətin məsələdir".

 

Bunu AzEdu.az-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev deyib.

 

Bildiyiniz kimi, AMEA-nın prezidenti, akademik  İsa Həbibbəyli Rəyasət Heyətinin son iclasında akademiyanın əvvəlki nüfuzunu bərpa etmək, sabit elmi mühit yaratmaq kimi problemlərə  toxunub.

 

Mövzu ilə bağlı akademik, kimya elmləri doktoru Dilqəm Tağıyev   fikirlərini AzEdu.az-la bölüşüb:

 

"Problemin düzgün qoyuluşu sadəcə onun əlli  faizini təşkil edir. Problemin özünü dərk etmədən, onun həlli barəsində fikir irəli sürmək çətin məsələdir. Amma problem qaldırılıbsa, bu istiqamətində lazımi tədbirlər görüləcək.

 

D.Tağıyev akademiya və rəyasət heyətinin işçilərinin İsa Həbibbəyliyə dəstək olmasının  vacibliyini  vurğulayıb:

 

“AMEA-da hazırda ictimai-humanitar sahəsində fəaliyyət göstərən  institutlar qalıb. Onlar da bilavasitə İsa Həbibbəyliyə  yaxın olan sahələrdir. İsa Həbibbəyli doqquz ilə yaxın müddətdə AMEA-da vitse-president vəzifəsini icra edib. Bu zaman kuratorluq vəzifəsi ona tapşırıb”.

 

“Ona görə də AMEA prezidenti bu məsələləri yaxşı bilir və problemlərin öhdəsindən gələcəkdir. Akademiya və Rəyasət heyətinin işçilərinin İsa Həbibbəyliyə dəstək olması vacibdir" - deyə, o bildirib

 

Murad Əliyev