Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 18:46:00
Bu müəllimlər direktor müavini ola bilməzlər - Ən çox pozulan 3 şərt/VİDEO

Bu gündən etibarən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı  regional təhsil idarələri tərəfindən sənəd qəbuluna başlanılır.

 

İşə qəbul prosesi qeydiyyat, sənədlərin qəbulu və yoxlanılması, test və müsahibə olmaqla 4 mərhələdə həyata keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək.

 

Aşağıda qeyd edilən tələbələrə uyğun olan namizədlər imtahanda iştirak üçün müraciət edə bilərlər:

 

- Pedaqoji ixtisas üzrə ali təhsil;

- 3 ildən az olmayaraq pedaqoji staj;

- Hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

 

Seçim zamanı isə aşağıdakı meyarlara uyğun olan namizədlərə üstünlük veriləcək:

 

- Müəllimlərin işə qəbulu üzrə müsabiqə və ya diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;

 

- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

 

Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu regional təhsil idarəsinə təqdim edə bilərlər.

 

Təqdim olunmuş sənədlərə əsasən namizədin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test və ya müsahibəyə dəvət olunacaqlar.