Azedu.az

Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirildi

Elmi institut və təşkilatlar

6 Sentyabr 2018, 12:08
Nəsiminin türk divanının əlyazma nüsxəsinin surəti Bakıya gətirildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edərək Bakıya gətirib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, 140 vərəqdən ibarət, nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin “Nəsimi” təxəllüsü ilə yanaşı, “Hüsuyil”, “Seyyid” təxəllüsü ilə yazdığı şeirləri də var.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox