Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-05 12:57:00
Şəkidə müəllimlərin etiraz etdiyi məktəbdə nə baş verir?-Rəsmi AÇIQLAMA

 

Şəkinin Cəfərabad kənd tam orta məktəbində müəllimlər dərsləri boykot edib.

 

Məlumata görə, müəllimlərin boykot qərarına həmin məktəbdə təhsil alan şagirdlər də qoşulub. Buna səbəb isə ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtmasıdır. Həmçinin valideynlərin də onları dəstəklədiyi bildirilir.

 

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov AzEdu.az-a açıqlamasında məsələ ilə bağlı araşdırma aparıldığını söyləyib:

 

“Hazırda müəllimlər tədrisə davam edirlər, bu məsələ elə həmin gün həll olundu. Müəllimlərin şikayəti ilə bağlı araşdırma aparılır. Nəticə haqqında ətraflı məlumat veriləcək”.

 

Qeyd edək ki, müəllimlər məsələ ilə bağlı video yayılmayaraq ictimailəşdirib, həmin direktoru istəmədiklərini bildirirlər.