Azedu.az

İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsinə qeydiyyat başlayır  

29 Sentyabr 2022, 14:18
İctimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsinə qeydiyyat başlayır  

Elm və Təhsil Nazirliyi prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin olunması məqsədilə “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu oktyabrın 14-dək [email protected] elektron poçtu vasitəsilə aparılacaq.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumat linkdə verilib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox