https://modern.az/
2022-09-26 16:05:00
Terror törədən şəxs həmin məktəbin məzunu olub

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 13 nəfər ölüb. Onlardan 7-si məktəblidir. Bundan əlavə, 14-ü uşaq olmaqla 21 nəfər yaralanıb.

 

AzEdu.az xəbər verir ki, məktəbdəki atışmanı həmin təhsil ocağının məzunu, 1988-ci il təvəllüdlü Artem Kazantsev törədib. O, silahla məktəbə daxil olaraq, qarşısına çıxan şəxslərə atəş açıb.

 

Rusiya İstintaq Komitəsinin müstəntiqləri hadisəni törədən şəxsin İjevsk şəhərinin sakini olduğunu bildirib. O, əsəb-psixiatriya mərkəzində qeydiyyatda olub.

 

 Hazırda onun yaşadığı yerdə axtarış aparılır.

 

Xatırladaq ki, İjevsk məktəbinə silahlı hücum terror aktı elan edilib.