Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-25 16:23:00
Mühasibat uçotu üzrə test imtahanı keçirilib  

Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

 

DİM-dən  AzEdu.az-a verilən xəbərə görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 64 nəzarətçi‑müəllim, 8 mühafizə (buraxılış rejimi) əməkdaşı

cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

 

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 15 gün ərzində elan olunacaq.

 

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) oktyabrın 9-da keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat 29 sentyabr 2022-ci il tarixinədək aparılacaq.