Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 17:05:00
Kolleclərə maraq 5 dəfə artıb-“Bu, faciədir” – Ekspertdən təklif

 

 

"Son  illər göstərir ki, kolleclərə təlabat xeyli artıb. 9 illik bazadan kolleclərə qəbul olmaq istəyən abituriyentlərin sayı  bəlkə də 5 qat artıb. Bu il kolleclərdə 9 min plan yerinə qarşı, 41 min abituriyent mübarizə aparıb".

 

Bu sözləri  AzEdu.az-a açıqlamasında Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib.

 

Ekspert  kolleclərə olan maraqın artmasının  səbəblərindən danışdı:

 

"Kolleclərə  tələbatın artmasının ən böyük səbəbi odur ki, buranı bitirən subbakalavrlar ixtisasına uyğun diplomun ortalama qiyməti ilə universitetlərə qəbul ola bilmək şansıdır. Amma, subbakalavrlar bilməlidir ki, hər ixtisasa uyğun universitetlərdə  plan yeri ayrılmır.  İkinci səbəb isə odur ki, qəbulda buraxılış  imtahanına nəzərən az bal toplamış şagidlər ixtisas seçimi zamanı kolleclərə üz tutur.

 

"Subbakalavrların ixtisas seçimində iştirak etməsi üçün  müsaqibə şərti əlavə olunmalıdır ki,  kolleclərə axınların qarşısı alınsın".

 

"Abituriyent gələcəkdə iş tapa bilmədiyi ixtisasda oxumaqdansa, kollecdə gələcəyi olan  ixtisasda oxumağı seçir. Bu il 9 illik bazada kollec ballarının artmasının səbəbi,  plan yerlərinin tələbatı ödəməməsidir. Buna baxmayaraq  9 illik bazada kolleclərə yenə də, boş yerlər qaldı. Buda onu sübut edir ki, buraxılış imtahanında ballar xeyli aşağıdır. Bu isə faciədir...

 

Düşünürəm ki, DİM  bu məsələyə ciddi yanaşmalıdır. Subbakalavrların ixtisas seçimində iştirak etməsi üçün hansısa bir müsaqibə şərti əlavə olunmalıdır ki,  kolleclərə axınların qarşısı alınsın".- deyə ekspert bildirib.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları