Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-07 16:10:00
Nazir bəzi bağçalarda isti yeməklərin veriləcəyinə aydınlıq gətirib

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın ayının 1-dən bəzi bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı tətbiq olunacaq pilot layihənin mahiyyətini açıqlayıb.

 

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, hazırda bağçalara ərzaq təminatı verilir.

 

"Bu gün məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı icra olunan standartlar çox köhnədir. Orada göstərilən bəzi qidalar hazırda ümumiyyətlə yoxdur. Məsələn, ikinci növ buğda unu, kartof nişastası. Bu, ölçməyə problem yaradır. Hesab edirəm ki, uşaqlara verilən qidaların çəkisi deyil, kalorisi əsas olmalıdır. Uşaqlara müəyyən menyu əsasında tərtib edilən, adambaşı saya görə hazır kalorili yeməklərin verilməsi daha yaxşıdır. Bu, hazırda konseptual məsələdir".

 

apa