Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-18 11:51:00
Sertifikasiya üzrə onlayn sınaq imtahanı keçirilir

 

Avqustun 18-də təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə onlayn sınaq imtahanına start verilib.

 

AzEdu.az xəbər verir ki, imtahan saat 18:00-dək "Virtual məktəb" platforması üzərindən keçiriləcək.

 

Sınaq imtahanında namizədlərə ixtisasa aid 50, metodika və pedaqogikaya dair 10 test tapşırığı təqdim olunacaq.

 

İbtidai sinif müəllimləri "Virtual məktəb" platformasında öz hesablarına daxil olmaqla sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanında hər müəllim yalnız 1 dəfə iştirak edə bilər.

 

İmtahanda iştirakla bağlı təlimat aşağıdakı linkdə verilib:

 

https://youtu.be/miKoDU5KUpM