Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 12:46:00
III ixtisas qrupunda bu qədər abituriyent 150-200 bal toplayıb

2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün III ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin 2 min 735 nəfəri 150-200 bal toplayıb.

AzEdu.az xəbər verir ki, bu göstərici müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin təxminən 14 faizini təşkil edir.

200-dən aşağı bal toplayan abituriyentlərin 2096 nəfəri DT altqrupunun, 642 nəfəri isə TC altqrupunun payına düşür.

III ixtisas qrupu üzrə minimal keçid balını toplamış abituriyentlərin ümumi sayı isə 19 min 710 nəfərdir.

Qeyd edək ki, 200-dən aşağı bal toplayanların hər biri imtahanın ikinci mərhələsi üzrə 100 ballıq limiti keçə bilməyən abituriyentlərdir.

I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.