https://modern.az/ http://www.position.az/
2022-08-15 09:38:00
 Bu ixtisasların  qəbul balı və  tələbləri  daha ağırdır – Bütün qruplar üzrə siyahı

 

 

Bütün ixtisas qrupları üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

AzEdu.az bütün ixtisas qruplarında tətbiq edilən fərqli tələbləri təqdim edir.

 

I ixtisas qrupu

 

“Riyaziyyat”, “fizika” və “kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən  az olmayan abituriyentlər buraxılır.

 

Yerdə qalan bütün ixtisaslar üzrə keçid balı isə 200 baldır. Cəmi 10 ixtisas üzrə ikinci mərhələdə 100  ballıq hədd aşılmadıqda güzəşt tətbiq edilir.

II ixtisas qrupu

 

Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədris ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

 

Bu nisbi bal həddini aşa bilməyən abituriyentlər tədrisi ingilis dilində olan ixtisasları seçə bilməzlər. Tədrisin Azərbaycan dilində aparıldığı ixtisaslarda isə bu bal məhdudiyyəti yoxdur.

 

II ixtisas qrupu üzrə cəmi bir neçə ixtisasda ikinci mərhələdə 100 ballıq hədd aşılmayanda müsabiqədə iştirak üçün güzəşt tətbiq edilir: Marketinq; Biznesin idarə edilməsi; Turizm bələdçiliyi; Turizm işinin təşkili.

 

III ixtisas qrupu

 

III qrup üzrə bəzi ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqli olur. Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır. Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Tərcümə (dillər üzrə)”,“Filologiya (xarici dil və ədəbiyyatı üzrə)” və “Xarici dil müəllimliyi (dillər üzrə)” ixtisaslarınınmüsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xaricidil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

 

Ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) “Beynəlxalq münasibətlər”ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılışimtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

 

 

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumibalı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır

 

 

- Muzey, arxiv işi və abidələrin qorunması.

-Sosial iş;

-Regionşünaslıq (regionlar üzrə).

 

 

IV ixtisas qrupu

 

 

IV qrup üzrə müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanınınbirinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-danaz olmayan abituriyentlər buraxılı.

 

Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən vəimtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumibalı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

 

Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılanyerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

 

- Bağçılıq və tərəvəzçilik;

- Baytarlıq təbabəti;

- Bitki mühafizəsi;

  • Su bioehtiyatları və akvakultura.

 

Gülcahan Məmmədova