Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-11 14:00:00
“Pulsuz”da oxumaq istəyənlərin şansları artdı- DETALLAR  

2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə I-V ixtisas qrupları üzrə ümumilikdə 24 min 602 dövlət sifarişli plan yeri ayrılıb.

AzEdu.az “Abituriyent” jurnalının 4-cü sayına istinadən xəbər verir ki, bu il I ixtisas qrupu üzrə 11 min 500, II ixtisas qrupu üzrə 4040, III ixtisas qrupu üzrə 4718, IV ixtisas qrupu üzrə 2770, V ixtisas 1574 dövlət sifarişli plan yeri ayrılıb.
 

Qeyd edək ki, I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.