Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-12 11:00:00
Müəllimlərin sertifikasiyasında direktor və müavinləri iştirak edəcəklər?-DƏQİQ CAVAB

 

 

2022-2023-cü tədris ili üzrə təşkil ediləcək sertifikatlaşdırma prosesi ilə bağlı bir çox suallar hələ də cavabsız qalıb. Bu səbəbdən də sosial mediada bəzi yanlış informasiyalar tirajlanır. Onlardan biri də orta ümumtəhsil müəssisələrində çalışan direktor və müavinlərinin sertifikatlaşdırmalara qatılacağı məlumatıdır. Sosial şəbəkə seqmentində bu tələbin yanlışlıqla bütün direktor və müavinlərə aidliyi bildirilir.

 

AzEdu.az Təhsil Nəzirliyinə istinadən xəbər verir ki, sertifikatlaşdırma prosesi məktəb direktorlarına ümumiyyətlə şamil olunmur.

 

2022-2023-cü tədris ili üzrə təşkil ediləcək sertifikatlaşdırma prosesində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən yalnız 0.5 ştat olan direktor müavinlər (18 saat dərs deyənlər) iştirak edəcək.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları