Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 16:33:00
ABŞ-da tələbə borcunun həcmi 1,5 trilyon dollar həddini aşdı

ABŞ-da tələbə kateqoriyasının kreditləşməsinin həcmi son bir neçə il ərzində faktiki olaraq azalsa da, tələbə kreditlərinin həcmi 1,5 trilyon dollar göstəricini ötərək rekord həddə çatıb.

AzEdu "Report"a istinadən xəbər verir ki, borcalanlar borc ödənişlərini vaxtında edə bilmir, borc yükünün azaldılması proqramları isə vəziyyəti kifayət qədər rahatlaşdırmır.

Ümumiyyətlə, ABŞ-da ümumi tələbə borcu 2010-2011-ci tədris ilindən bəri 500 milyard dollar artıb. Hərçənd "S&P Global" şirkətinin məlumatlarına görə, həmin vaxtdan yeni kreditlərin verilməsi hər il daha da azaldılır.

"Brookings"in proqnozlarına görə, ABŞ-da 2023-cü ilə qədər tələbə kreditləri üzrə defolt dərəcələri 40% çata bilər.