Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-16 17:10:00
Əcnəbilər  universitetlərimizə  niyə gəlmirlər?- Ciddi problem - AzEdu-da dəyirmi masa-FOTO

 

AzEdu Təhsil Portalının təşkilatçılığı ilə “Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlbi: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib.

 

Görüş zamanı yerli ali təhsil müəssisələrinin fəaliyyəti, əcnəbi tələbələri qəbul etmə imkanı, verilən tədrisin keyfiyyəti, kadr potensialı, tələbələr üçün yaradılan şərait müzakirə edilib. Əcnəbi tələbələrin universitetlərimizə cəlbi məsələsində yol verdikləri boşluqlar sadalanmaqla yanaşı, bir sıra zəruri tövsiyələr də önə çəkilib.

 

Müzakirədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, təhsil jurnalisti, tədqiqatçı Böyükağa Mikayıllı,  “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov, xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev, “Azərbaycan Universitetləri” platformasının rəhbəri Zöhrab Süleyman iştirak ediblər.

 

İştirakçılar qeyd edilən istiqamətdə mövcud olan problemlərə diqqət çəkərək, atılması vacib olan addımlardan danışıblar. Xarici ölkələrdən olan tələbələrin Azərbaycan universitetlərinə cəlbi istiqamətində universitetlərinin marağının artırılması, Təhsil Nazirliyinin müvafiq addım atmasının, vahid platformanın yaradılmasının zəruriliyi vurğulanıb.

 

Həmçinin, əcnəbi tələbələr üçün bir sıra güzəştlərin tətbiqi, təqaüd proqramlarının həyata keçirilməsi, universitetlərdə xarici dildə tədrisin yaxşılaşdırılması istiqamətində bir sıra zəruri təkliflər irəli sürülüb.